Milli komandanın növbəti təlim-məşq toplanışı başlayıb

2 May 2018 13:56

Xəbər 1074 dəfə oxunub

Yeniyetmə boksçulardan ibarət Azərbaycan milli komandasının növbəti təlim-məşq toplanışı başlayıb. Mayın 10-dək keçiriləcək hazırlıqda 25 idmançı iştirak edir.Azərtac xəbər verir ki, Vaqif Kazımovun rəhbərlik etdiyi komanda məşqləri Şamaxıda gerçəkləşdirir. Hazırlıq prosesinə yığmamızla yanaşı, Gürcüstan millisinin üzvləri də qatılıb. İki yığmanın birgə təlim-məşq toplanışında iştirakı Heydər Əliyev kubokuna hazırlıq məqsədi daşıyır. Bu turnir mayın 10-14-də Bakıda keçiriləcək.xeber100.com