Tolmaçevo aeroportunun (Novosibirsk) mətbuat xidmətindən verilən məlumata görə, Futbol üzrə Dünya Çempionatının qızıl kuboku cümə günü Novosibirskə gətirilib.2018-ci ildə bu kubokun Rusiya boyunca marşrutunda Novosibirsk Vladivostokdan sonra ikinci dayanacaq olacaq. TASS agentliyi bildirir ki, kubokun marşrutunda növbəti dayanacaqlar Yekaterinburq, Samara, Kazan, Nijni Novqorod, Rostov-Don, Sankt-Peterburq və Moskva şəhərləri olacaq.Məlumatda deyilir: “Bu gün Tolmaçevo aeroportu futbol üzrə Dünya Çempionatı kubokunu Novosibirskə çatdırmış təyyarəni qəbul edib.Xalis qızıldan hazırlanmış, kütləsi 6,142 kq olan kubok mayın 5-də və 6-da Novosibirskdəki Mixaylovskaya sahil küçəsində nümayiş etdiriləcək.Novosibirsk meriyası bildirir: “Arzu edən hər kəs bu əfsanəvi kuboku öz gözləri ilə görə və onunla yanaşı xatirə fotoşəkli çəkdirə bilər. Buraya gələnlərin əyləncəli proqramda iştirak etmək və futbol dünyasında ən geniş əhatəli hadisənin intizarla gözləndiyi bayram ab-havasını hiss etmək imkanı da olacaq”.Dünya kubokunun ilk belə “səyahəti” 2016-cı ildə Almaniyada keçirilən dünya çempionatı ərəfəsində baş tutub. Bu il kubok 50 ölkəni gəzəcək, lakin Rusiyada daha çox dayanacaq edəcək”. 123 gün ərzində kubok 26 min məsafə qət edəcək, Vladivostokdan Kalininqrada qədər Rusiyanın 24 şəhərində olacaq. Turun milli hissəsi iki mərhələyə bölünüb. 2017-ci ildə kubok 15 şəhərdə olub, bu il isə may ayından turnirə start verilənə qədər daha doqquz şəhərdə olacaq və sonda Moskvada dayanacaq.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…