Topaz Premyer Liqasının XXVI turuna start veriləcək

4 May 2018 15:20

Xəbər 742 dəfə oxunub

Mayın 4-də “Kəpəz” – “Sumqayıt” oyunu ilə futbol üzrə Topaz Premyer Liqasının XXVI turuna start veriləcək.Azərtac xəbər verir ki, üç günü əhatə edəcək turun açılış matçı Gəncə şəhər stadionunda oynanılacaq. Çempionatın XXV turunda “Kəpəz” səfərdə “Qəbələ”yə, “Sumqayıt” isə öz meydanında “Səbail”ə məğlub olub. Rəhim Həsənovun idarə etdiyi oyun saat 16:00-da başlayacaq.Turun ikinci günündə – mayın 5-də “Keşlə” klubu səfərdə “Qəbələ” ilə qarşılaşacaq. Günün digər oyununda isə “Zirə” səfərdə “Səbail”in qonağı olacaq.Mayın 6-da isə “Qarabağ” və “Neftçi” klubları üz-üzə gələcəklər. Bu oyundan sonra tura yekun vurulacaq.Qeyd edək ki, hazırda 62 xalı olan “Qarabağ” çempionluğu vaxtından əvvəl bayram edib. “Qəbələ” klubu 45 xalla ikinci, “Sumqayıt” isə 39 xalla üçüncü pillədədir.Digər pillələrdə isə müvafiq olaraq, “Neftçi” (37), “Zirə” (35 xal), “Keşlə” (24), “Səbail” (23) və “Kəpəz” (13) klubları qərarlaşıblar.xeber100.com