“Bakı Marafonu-2018” Bayraq Meydanından start götürəcək

5 May 2018 18:04

Xəbər 950 dəfə oxunub

Mayın 13-də keçiriləcək “Bakı Marafonu-2018”də qeydiyyat prosesi uzadılıb.Fonddan Apa-ya verilən məlumata görə, marafonda iştirak etmək istəyən 16 yaşdan yuxarı hər bir şəxs mayın 12-i saat 14:00-dək qeydiyyat məntəqələrinə və marafonun rəsmi saytına müraciət edə bilər.Qeydiyyat zamanı iştirakçı formasını doldurmaq, şəxsiyyət vəsiqəsinin surətini (tələbələr eyni zamanda tələbə vəsiqəsinin surətini) təqdim etmək və iştirak üçün müəyyən olunmuş vəsaiti ödəmək lazımdır.“Bakı Marafonu-2018” Dövlət Bayrağı Meydanından start götürərək Bakı Olimpiya Stadionuna qədər 21 kilometr məsafəni əhatə edəcək.xeber100.com