İspaniya La Liqasının 37-ci turu çərçivəsində

7 May 2018 14:11

Xəbər 793 dəfə oxunub

Mayın 6-da İspaniya La Liqasının 37-ci turu çərçivəsində “Barselona” ilə “Real Madrid” klubları qarşı-qarşıya gəlib.Azərtac xəbər verir ki, 176-cı “El Klassiko”da meydana dünyanın ən bahalı futbolçularına malik iki komanda çıxıb. “Barselona” klubu 963 milyon avro ilə dünyada ən bahalı futbol komandası hesab edilir. “Real Madrid” isə 962,5 milyon avro ilə Kataloniya təmsilçisindən sonra bu göstəriciyə görə ikinci yeri tutur. İki komandanın oyunçularının hazırkı bazar qiyməti, ümumilikdə, 1 milyard 955 milyon avrodur. Dünyanın ən bahalı iki klubu “Nou Kamp” stadionunda qarşılaşıblar.“El Klassiko”da hesabı meydan sahibləri açıblar. Əks hücum zamanı Serxi Robertonun cinah ötürməsini Luis Suarez dəqiq zərbə ilə tamamlayıb – 1:0. Qoldan dörd dəqiqə sonra Kriştiano Ronaldo hesaba tarazlıq gətirib – 1:1. Kərim Benzemanın ötürməsini qola çevirən portuqaliyalı cari mövsümdə 25-ci qolunu vurub. Birinci hissənin bitməsinə bir dəqiqə qalmış Serxi Roberto qayda pozuntusuna görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıb.Gərginliyi ilə yadda qalan birinci hissədə baş hakim Alexandro Hernandez beş sarı və bir qırmızı vərəqə göstərib.Fasilədən dərhal sonra hücuma atılan meydan sahibləri 53-cü dəqiqədə yenidən hesabda irəli çıxıblar. Çempionatın bombardiri Leo Messi baxımlı qolla adını tabloya yazdırıb -2:1.Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 73-cü dəqiqəsində Marko Asensionun ötürməsindən sonra Garet Beyl dəqiq zərbə ilə topu qapıdan keçirdib – 2:2.97 min 939 nəfərin birbaşa stadiondan izlədiyi qarşılaşma elə bu hesabla başa çatıb.Əzəli rəqiblər bu oyunadək ölkə çempionatında 175 dəfə qarşılaşmışdılar. Bu matçların 70-də “Barselona”, 72-də isə “Real Madrid” qələbə qazanıb, 33 matç isə heç-heçə yekunlaşmışdı.Çempionluğunu vaxtından əvvəl rəsmiləşdirən “Barselona” 87 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Atletiko Madrid” 75 xalla ikinci, “Real Madrid” 72 xalla üçüncü, “Valensiya” isə 67 xalla dördüncüdür.Turun digər oyunlarında aşağıdakı nəticələr qeydə alınıb:

“Sevilya” – “Real Sosyedad” – 1:0

“Jirona” – “Eybar” – 1:4

“Atletik Bilbao” – “Real Betis” – 2:0

“Selta” – “Deportivo” – 1:1

“Villyareal” – “Valensiya” – 1:0

“Malaqa” – “Alaves” – 0:3

“Atletiko Madrid” – “Espanyol” – 0:2

“Las Palmas” – “Xetafe” – 0:1.

Tura mayın 7-də “Leganes” – “Levante” oyunu ilə yekun vurulacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02