“Yuventus” klubu ilə “Milan” üz-üzə qəliblər

10 May 2018 14:36

Xəbər 869 dəfə oxunub

İtaliyanın paytaxtı Romanın “Olimpiko” stadionunda ölkə kubokunun final oyunu keçirilib.Azərtac xəbər verir ki, İtaliyanın iki nəhəng klubu “Yuventus” və “Milan” üz-üzə qəliblər. Qarşılıqlı hücumlar şəraitində keçən birinci hissədə qapılara qol vurulmayıb.İkinci hissənin 56-ci dəqiqəsində üstünlüyü ələ alan “Yuventus” klubu künc zərbəsindən sonra Benatiyanın sayəsində hesabı açıb – 1:0. Bundan beş dəqiqə sonra Duqlas Kosta hesabı artırıb – 2:0. Matçın 64-ci dəqiqəsində Benatiya özünün ikinci komandanın üçüncü qolunu vurub – 3:0. Oyunda son nöqtəni “Yuventus”un künc zərbəsindən sonra avtoqola imza atan Kaliniç qoyub – 4:0. Beləliklə “Yuventus” 4:0 hesabı ilə qələbə qazanaraq tarixində 13-cü kubokuna sahib olub.xeber100.com