Həndbol üzrə beynəlxalq turnirə start verilib

10 May 2018 14:41

Xəbər 671 dəfə oxunub

Bakıda həndbol üzrə beynəlxalq turnirə start verilib.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildiriblər ki, yarışda Azərbaycan və Gürcüstanın kişi həndbol komandaları mübarizə aparırlar. Ölkəmizi turnirdə “Bakı” və “Məhsul” kollektivləri təmsil edir. Həndbolçularımızın rəqibləri isə Gürcüstanın U-20 və “Batumi” komandalarıdır.”Bakı” komandası Gürcüstanın U-20 kollektivini 36:34, “Məhsul” isə “Batumi”ni 37:28 hesabı ilə məğlub edib.Bu gün “Batumi” həndbolçuları nominal ev sahibi kimi “Bakı”nı, Gürcüstanın U-20 komandası isə “Məhsul”u qəbul edəcək.Turnirə mayın 11-də yekun vurulacaq.xeber100.com