“Manchester Yunayted” klubunun qapıçısı mükafata layiq görülüb

11 May 2018 13:09

Xəbər 741 dəfə oxunub

“Manchester Yunayted” klubunun qapıçısı David De Xeya karyerasında ilk dəfə “Qızıl əlcək” mükafatına layiq görülüb.Azərtac xəbər verir ki, “Qırmızı şeytanlar”ın ispaniyalı qolkiperi mövsüm ərzində 18 oyunda qapısını toxunulmaz saxlamağı bacarıb.Onun ən yaxın izləyicisi “Mançester Siti”nin braziliyalı qapıçısı Edersondur. O, 16 oyunda qoruduğu qapıdan top buraxmayıb.xeber100.com