Portuqaliya millisi cüdo üzrə dünya çempionatında

18 May 2018 13:33

Xəbər 1069 dəfə oxunub

Portuqaliya millisinin Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatı üçün heyəti açıqlanıb.Azərtac xəbər verir ki, Bakı mundialında 10 portuqaliyalı cüdoçu tatami üzərinə çıxacaq.Məşqçilər korpusa dünya çempionatında qadınların yarışında Joana Dioqo, Katarina Kosta (hər ikisi 48 kq), Joana Ramos, Mariana Esteves (hər ikisi 52 kq), Telma Monteyra (57 kq), Yaxima Ramires (70 kq) və Patrisiya Sampayo (78 kq) şans verəcəklər.Kişilərin mübarizəsində Qonsalo Mansino (60 kq), Joao Krisostomo, Sergey Olenik (hər ikisi 66 kq), Xorxe Fernandes, Nuno Saraiva (hər ikisi 73 kq), Anri Equtidze (81 kq), Joao Martino, Tyaqo Rodriqes (hər ikisi 90 kq) və Xorxe Fonseka (100 kq) birincilik uğrunda mübarizə aparacaq.Qeyd edək ki, cüdo üzrə dünya çempionatı sentyabrın 20-dən 27-dək Bakıda keçiriləcək.xeber100.com