UEFA Çempionlar Liqası gücləndirilmiş iş rejiminə keçib

21 May 2018 12:27

Xəbər 765 dəfə oxunub

Kiyev polisi mayın 26-da “Olimpiya” stadionunda keçiriləcək UEFA Çempionlar Liqası finalının astanasında gücləndirilmiş iş rejiminə keçib.NewsOne telekanalı xəbər verir ki, həmin gün Ukrayna paytaxtının küçələrində asayişi azı 10 min polis təmin edəcək. Polis qüvvələrindən əlavə, Ukrayna Milli Qvardiyasının döyüşçüləri, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları da şəhərdə təhlükəsizliyin təmin edilməsinə çəlb ounacaqlar.Finalın bilavasitə iştirakçıları – “Real” və “Liverpul” klublarını isə UEFA-nın Təhlükəsizlik Xidməti və milli polis dəstələri qoruyacaq.Qeyd edək ki, Ukrayna hökuməti Kiyevdə keçiriləcək futbol üzrə Çempionlar Liqasının finalına 50 minə yaxın qonağın gələcəyini gözləyir.xeber100.com