U-10 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub

22 May 2018 12:47

Xəbər 705 dəfə oxunub

Bayıl stadionunda AFFA-nın U-10 Liqasının 2017/2018-ci il mövsümünə yekun vurulub.Azərtac xəbər verir ki, final oyununda “Qəbələ” və “Keşlə” komandaları qarşılaşıblar. Oyunun əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılara qol vurulmayıb və qalib penaltilər seriyasında müəyyənləşib. Zərbələri dəqiq yerinə yetirən “Keşlə” komandası (4:2) liqanın qalibi olub. Üçüncü yeri “Vətən” komandası tutub.Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi təşkil olunub. Mükafatları AFFA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı Rauf Əliyev, baş katib Elxan Məmmədov, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov təqdim ediblər.U-10 Liqasının bombardiri Lorenzo Mezettero (“Neftçi”) olub. “Qəbələ”dən Ayxan Əmiraslanlı liqanın ən yaxşı futbolçusu, “Keşlə”dən Elbrus Kərimov ən yaxşı qapıçı seçilib. “Fair play” mükafatına isə “Keşlə”nin oyunçusu Tunar Rzayev layiq görülüb.xeber100.com