“Napoli” klubu heyətində dəyişikliklər etmək fikrindədir

24 May 2018 08:06

Xəbər 661 dəfə oxunub

“Napoli”yə yeni təyin olunan baş məşqçi Karlo Ançelottinin ilk transfer edəcəyi futbolçunun adı bəlli olub.“AS” nəşrinə istinadən xəbər verir ki, Papa Karlonun siyahısında ilk transfer “Real Madrid” klubunun fransız hücümçusu Kərim Benzemadır.Ançelotti klubun prezidenti Aurelio De Laurentisə istədiyi oyunçuların siyahısını verib. İtalyan mütəxəssis ilk günlərdən komandanın heyətində müəyyən dəyişikliklər etmək fikrindədir. Digər oyunçuların adları hələ açıqlanmır. Ançelotti “Real” klubunu (2013-2015-ci illər) çalışdırarkən Benzema Madrid təmsilçisinin şərəfini qoruyub.Karlo Ançelotti “Napoli”də digər italiyalı mütəxəssis Maurizio Sarrini əvəz edib.Kərim Benzema 2017/2018-ci il mövsümündə 46 matçda 11 qol vurub və 12 məhsuldar ötürmə verib.xeber100.com