“Barselona”nın yarımmüdafiəçisi “Vissel Kobe” klubuna keçib

24 May 2018 08:45

Xəbər 1028 dəfə oxunub

İspaniyanın “Barselona” klubunun yarımmüdafiəçisi Andres İnyesta Yaponiyanın “Vissel Kobe” klubuna keçib.Azərtac oyunçunun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 34 yaşlı futbolçu Yaponiya klubunun prezidenti ilə paylaşdığı şəkildə “Mən dostum Xikaro Mikitani ilə yeni evə gedirəm” yazıb.İnyesta aprelin sonunda “Barselona”dan ayrılacağını açıqlamışdı. O, Katalonya klubunda 2002-ci ildən çıxış edib. “Barselona”nın yarımmüdafiəçisi səkkiz dəfə İspaniya çempionu olub, eləcə də beş dəfə İspaniya kubokunu, yeddi dəfə ölkənin Super Kubokunu və dörd dəfə Çempionlar Liqasını qazanıb.xeber100.com