U-20 millisi makedoniyalı həmyaşıdları ilə qarşılaşacaq

24 May 2018 08:49

Xəbər 712 dəfə oxunub

Mayın 24-də və 27-də 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Makedoniyanın U-21 komandası ilə yoldaşlıq oyunu keçirəcəyini xəbər vermişdik.Azərtac xəbər verir ki, Makedoniya yığmasının Bakıya gələn heyətinə 1998/1999-cu il təvəllüdlü futbolçular daxil olunub. Beləliklə, qeyd olunan yoldaşlıq oyunları hər iki ölkənin U-20 yığma komandası arasında keçiriləcək.xeber100.com