“Liverpul” klubu “Monako”nun yarımmüdafiəçisi ilə müqavilə imzalayıb

29 May 2018 11:46

Xəbər 840 dəfə oxunub

İngiltərənin “Liverpul” klubu “Monako”nun braziliyalı yarımmüdafiəçisi Fabinyo ilə müqavilə imzalayıb.Azərtac klubun rəsmi “Twitter” səhifəsinə istinadla xəbər verir ki, transferin məbləği 50 milyon avrodur. Fabinyo rəsmi olaraq iyulun 1-də “Liverpul”un stadionu “Enfil”də təqdim olunacaq. Futbolçu 2015-ci ildə “Rio Ave” komandasından “Monako”ya transfer olunmuşdu.“Mən bu klubun tarixinin bir hissəsi olmaq üçün böyümək, öyrənmək, və inkişaf etməyə çalışacağam. Belə bir böyük tarixə malik olan klubun təklifini çox düşünmədim. Çox xoşbəxtəm ki, “Liverpul” mənimlə maraqlandı”, – deyə Fabinyo bildirib.xeber100.com