İkinci dünya kuboku yarışlarında uğurlu çıxış…

31 May 2016 14:03

Xəbər 781 dəfə oxunub

Azərbaycan kayakçısı İnna Osipenko Radomskaya Çexiyanın Raçitse şəhərində keçirilən ikinci dünya kuboku yarışlarında uğurla çıxış edib. Azərtac xəbər verir ki, 34 yaşlı idmançımız qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 500 metr məsafəyə yürüşün qalibi olub. İnna Osipenko Radomskaya 1 nəfərlik qayıqla (K-1) 200 metr məsafəyə yürüşdə isə gümüş medal qazanıb.xeber100.com