İdman sahəsində əməkdaşlıq məsələləri müzakirə ediləcək

31 May 2016 14:07

Xəbər 739 dəfə oxunub

İyunun 9-10-da Qəbələdə MDB dövlətlərinin Bədən Tərbiyəsi və İdman Sahəsində Əməkdaşlıq Haqqında Saziş iştirakçılarının bədən tərbiyəsi və idman Şurasının iclası keçiriləcək. Xatırladaq ki, 2011-ci il martın 14-15-də Bakıda bu Şuranın iclası keçirilib və Birliyin yaradılmasının 20 illiyinə həsr edilib. Həmin vaxt Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasına keçib.xeber100.com