Şahmat Federasiyasının yeni reytinq cədvəli açıqlanıb

1 İyun 2018 13:05

Xəbər 790 dəfə oxunub

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) yeni reytinq cədvəli açıqlanıb.Azərtac xəbər verir ki, iyun ayı üçün nəzərdə tutulan cədvəlin ilk yüzlüyündə Azərbaycanın 6 şahmatçısı yer alıb.Şəhriyar Məmmədyarov mövqeyini qoruyub. Qrossmeysterimiz 2808 xalla üçüncü pillədə qərarlaşıb. FIDE reytinqinə 2843 xalla dünya çempionu Maqnus Karlsen başçılıq edir. İddiaçılar turnirinin qalibi, ABŞ təmsilçisi Fabiano Karuana isə 2816 xalla 2-ci yerdədir.xeber100.com