İyulun 19-dan 27-dək Çinin Usi şəhərində qılıncoynatma üzrə dünya çempionatı təşkil olunacaq. Mundialda Azərbaycan millisinin də iştirakı nəzərdə tutulub.Azərtac xəbər verir ki, çempionatda qılıncoynatmanın rapira, sablya və şpaqa növləri üzrə şəxsi və komanda yarışlarında 12 dəst medal sahibini tapacaq.İki mindən artıq qılıncoynadanın iştirak edəcəyi yarışa dünyanın titullu idmançılarının qatılacağı gözlənilir.İndiyədək Usi şəhəri atıcılıq üzrə dünya kuboku, beynəlxalq veloyürüş, gənclər arasında kamandan oxatma üzrə dünya çempionatı, həndbol üzrə beynəlxalq turnir və marafona ev sahibliyi edib.Usi bələdiyyəsinin idman bürosunun direktoru Janq Honq dünya çempionatının bu şəhərdə keçirilməsini böyük uğur kimi dəyərləndirib. Qeyd edib ki, Usi bir çox beynəlxalq idman yarışları və mədəni tədbirlərə ev sahibliyi edib. İlk dəfədir ki, belə irimiqyaslı turnirə ev sahibliyi edəcəyik. Bu, Usinin turizm potensialının təbliği istiqamətində uğurlu addım olacaq.Çinin Usi şəhəri 2015-ci ilin noyabrında Beynəlxalq Qılıncoynatma Federasiyasının iclasında dünya çempionatını keçirməyə ev sahibi seçilib. Belə ki, Usi səslərin 69-nu toplayaraq Yaponiyanın Fukuoka şəhərini üstələyib.Qılıncoynatma üzrə Olimpiya çempionu çinli Ley Şen ölkəsinin yenidən dünya çempionatına ev sahibliyi etməsindən məmnunluğunu ifadə edib. “Son 10 ildir dünya çempionatlarında iştirak edirəm. 2016-cı il dünya çempionatı istisna olmaqla, yarışlar Avropada təşkil olunurdu. Sevindirici haldır ki, 10 ildən sonra Çin yenidən dünya çempionatına ev sahibliyi edəcək”, – deyə çinli qılıncoynadan əlavə edib.“London-2012” Yay Olimpiya Oyunlarının, Asiya Oyunlarının və dünya çempionatının ikiqat qalibi iyulda təşkil olunacaq mundiala ciddi hazırlaşdığını diqqətə çatdırıb.Qeyd edək ki, ötən il dünya çempionatına Almaniyanın Leypsiq şəhəri ev sahibliyi edib. Yarışda 14 ölkədən idmançılar mükafatçılar sırasında yer alıblar. Ən çox medalı İtaliya millisi qazanıb – 4 qızıl, 1 gümüş və 4 bürünc.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…