“Challenge Trophy” yarışının qrup oyunları yekunlaşıb

1 İyun 2018 14:18

Xəbər 641 dəfə oxunub

Bosniya və Herseqovinanın Tuzla şəhərində 2000-2001-ci il təvəllüdlü qızlar arasında keçirilən “Challenge Trophy” yarışının qrup oyunları yekunlaşıb.Azərbaycan Həndbol Federasiyasından Azərtac-a bildirilib ki, “B” qrupunda mübarizə aparan Azərbaycan həndbolçuları Böyük Britaniya təmsilçiləri ilə üz-üzə gəliblər. Görüş rəqiblərin 29:28 hesablı minimal üstünlüyü ilə yekunlaşıb. “KSPC Mejdan”da keçirilən matçın baş hakimləri sloveniyalı Zan Puksic və Miha Satler olub. Avropa Həndbol Federasiyasını isə rusiyalı Luidmila Bodnieva və avstriyalı Helmut Ville təmsil edib.Qrupun digər qarşılaşmasında isə Bosniya və Herseqovina komandası Lüksemburq kollektivini 39:14 hesabı ilə asanlıqla məğlub edib. Bu nəticələrdən sonra keçirdiyi bütün oyunlarda qələbə qazanan Bosniya və Herseqovina həndbolçuları 6 xalla qrup birincisidir. Lüksemburq 3 xalla ikinci, Böyük Britaniya isə 2 xalla üçüncüdür. Aktivində bir xal olan Azərbaycan həndbolçuları qrupda sonuncudurlar.Qeyd edək ki, “A” qrupunun komandaları arasında keçirilən görüşlərdə Belçika kollektivi Kipr həndbolçularına 27:18, Estoniya yığması Moldova millisinə 33:25 hesabı ilə qalib gəlib. Üç oyunun nəticəsinə görə, 6 xal toplayan Belçika qrupun vahid lideridir. Ondan iki xal geri qalan Estoniya ikinci yerdə qərarlaşıb (4 xal). İlk üçlüyü 2 xalla Moldova tamamlayır. Qrup sonuncusu olan Kiprin aktivində xal yoxdur.İyunun 2-də qruplarda üçüncü və dördüncü yer tutan komandalar arasında qarşılaşmalar olacaq. Çarpaz oyunlar çərçivəsində Azərbaycan həndbolçuları Moldova təmsilçiləri, Böyük Britaniya yığması Kipr millisi ilə üz-üzə gələcək. Bununla yanaşı, qruplarda ilk iki yer tutan yığmalar arasında yarımfinal oyunları da keçiriləcək. Finala gedən yolda Belçika Lüksemburqdan, Bosniya və Herseqovina isə Estoniyadan üstün olmağa çalışacaq.xeber100.com

Həndbol Federasiyası: Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib

Həndbol üzrə Azərbaycan çempionatlarında VII turun oyunları keçirilib. Azərbaycan Həndbol Federasiyasının mətbuat xidmətindən bildiriblər ki, kişilərin yarışında tura “Dinamo” – “Azəryol” görüşü ilə start verilib. “AHF Arena”da keçirilən oyuna favorit qismində çıxan nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un üstünlüyü ilə yadda qalan qarşılaşma 24:49 hesabı ilə başa çatıb. “Təhsil” – “İdman Akademiyası” matçı daha gərgin mübarizə şəraitində keçib. Fasiləyə 3 topluq üstünlüklə yollanan “Təhsil” qalan vaxtda rəqibin vəziyyəti dəyişməsinə imkan verməyib - 30:28. Maraqlı mübarizə vəd edən “Bakı” – “Kür” görüşündə isə qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq nümayiş etdirən Mingəçevir həndbolçuları paytaxtdan uğurlu nəticə ilə dönməyi bacarıblar - 20:26. Qadın həndbolçuların çempionatında 7-ci tur “Bakı” – “Gənclər Birliyi” matçı ilə başlanıb. İlk hissədən təşəbbüsə yiyələnən paytaxtın eyniadlı komandası fasilədən sonrakı üstünlüyünü də tabloda əks etdirib - 35:25. “Kür” komandası da azarkeşlərini sevindirib. Mingəçevirin həndbolçuları növbəti qələbəni “İdman Akademiyası” ilə oyunda rəsmiləşdiriblər - 49:16. Yeddinci tura yanvarın 21-də keçiriləcək “Azəryol” – “Qarabağ” matçı ilə yekun vurulacaq.xeber100.com  

Yanvar 15, 2024 14:10

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə “Quba – İdman Paytaxtı 2024″ün açılış mərasimi keçirilib

Gənclər və İdman Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Quba - İdman Paytaxtı 2024"ün açılış mərasimi keçirilib. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra "Quba - İdman Paytaxtı 2024"ün maskotu "Fuji" tamaşaçılara təqdim edilib. Bunun tarixi və əlamətdar hadisə olduğunu deyən Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov Prezident İlham Əliyevin dəstəyi ilə regionlarda müasir standartlara cavan verən idman komplekslərinin tikildiyini vurğulayıb. Bölgədə 8 mindən artıq gəncin idmanla məşğul olduğunu söyləyən İ. Mahmudov idmançıların yerli və beynəlxalq yarışlarda qazandığı uğurlardan bəhs edib. Gənclər və idman naziri Fərid Qayıbov Quba Olimpiya İdman Kompleksində yaradılan yüksək şəraitdən danışıb. O, kompleksdə müxtəlif idman növləri üzrə təlim-məşq toplanışları və yarışların keçiriləcəyini diqqətə çatdırıb. Gimnastika üzrə Azərbaycan millisinin də hazırda Quba Olimpiya İdman Kompleksində hazırlıq keçdiyi bildirilib. Daha sonra nazir idman paytaxtının rəmzi açarını icra başçısına təhvil verib. Ardınca sambo üzrə dünya və Avropa çempionatlarının mükafatçısı Zaur Paşayev və peşəkar MMA döyüşçüsü, 4 qat dünya çempionu Vüqar Kərəmov çıxış ediblər. Onlar hazırda beynəlxalq arenada Azərbaycanı təmsil edən bütün idmançılara uğurlar arzulayıblar. Tədbir bədii hissə ilə davam edib. Müxtəlif idman növləri üzrə federasiyaların üzvlərinin paradından sonra respublikanın tanınmış incəsənət ustaları və müğənnilərinin iştirakı ilə möhtəşəm konsert proqramı təşkil olunub.xeber100.com

Yanvar 15, 2024 14:02