“Yuventus” futbol klubu yeni müqavilə imzalayıb

2 İyun 2018 12:54

Xəbər 1256 dəfə oxunub

“Roma”nın yarımmüdafiəçisi Lorenço Pelleqrini komandasını dəyişə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Yuventus” onun xidmətində maraqlıdı.Turin klubu 21 yaşlı futbolçunu “Latsio”da çıxış edən Sergey Milinkoviç-Saviçin alternativi qismində görür. “Yuventus” artıq Pelleqrininin agenti ilə müqavilənin şəxsi detallarını razılaşdırıb.Daha öncə “Arsenal”ın da italiyalı xavbek ilə maraqlandığı barədə xəbərlər yayılmışdı.Qeyd edək ki, geridə qalan mövsümdə İtaliya A Seriyasında 28 matçda meydana çıxan Pelleqrini 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.xeber100.com