“Fənərbaxça” futbol klubu 37-ci prezidentini seçib

3 İyun 2018 20:02

Xəbər 1451 dəfə oxunub

“Fənərbaxça”da prezident seçkiləri keçirilib.”CNN Turk” xəbər verir ki, bu gün “Ülkər Stadionu”nda baş tutan səsvermədə iki namizəd başqanlıq üçün mübarizə aparıb.Keşmiş prezident Aziz Yıldırımla Ali Koçun gərgin mübarizəsini ikinci qazanıb. Türkiyənin ən zəngin iş adamlarından olan Ali Koç 16 092 səs toplayaraq “Fənərbaxça”-nın 37-ci prezidenti seçilib. Sabiq prezident Aziz Yıldırım isə 4 644 səs toplaya bilib.Qeyd edək ki, Aziz Yıldırım 1998-ci ildən bəri 20 ildir ki, fasiləsiz olaraq “Fənərbaxça” prezidenti idi.xeber100.com