Yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib

4 İyun 2018 13:06

Xəbər 813 dəfə oxunub

Rusiyanın Kaspiysk şəhərində Suraqat Asyatilovun xatirəsinə gənclər arasında yunan-Roma güləşi üzrə beynəlxalq turnir keçirilib.Azərtac xəbər verir ki, turnirdə Rusiya, Azərbaycan, Belarus, Qazaxıstan və Ermənistan komandaları mübarizə aparıblar.Güləşçilərimiz turniri 1 bürünc medalla başa vurublar. Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan yığma komandamızın üzvü Zaur Nuriyev fəxri kürsüdə yer alıb.Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Bəşir İsazadə təmsil edib.xeber100.com