“Ferrari” komandası nümunəvi yürüşlər keçirəcək

6 İyun 2018 12:32

Xəbər 686 dəfə oxunub

“Ferrari” komandası iyunun 16-da Kiyevdə nümunəvi yürüşlər keçirəcək.Azərtac xəbər verir ki, Kiyevin “Kontraktovaya” meydanında keçiriləcək yürüşdə “Ferrari” bolidini Mark Jene idarə edəcək. Tədbir çərçivəsində, həmçinin motobayk yürüşləri, musiqili proqram və əyləncə zonaları təşkil olunacaq.Formula 1 bolidi Kiyevdə sonuncu dəfə yürüşə 2012-ci ildə – Daniel Rikkardonin “Red Bull” ilə birlikdə “Peçerskaya” metrosu qarşısında nümunəvi yürüşü zamanı daxil edilib.xeber100.com