Rusiyada keçiriləcək XXI dünya çempionatı ərəfəsində

8 İyun 2018 13:40

Xəbər 827 dəfə oxunub

Rusiyada keçiriləcək futbol üzrə XXI dünya çempionatı ərəfəsində Moskva vilayətinin Odintsovo rayonundakı Bakovkada məşqlərə başlayan İran yığmasının hücumçusu Reza Quçannecad müqəddəs Ramazan ayının komandaya təsirindən danışıb.Azərtac xəbər verir ki, futbolçu deyib: “Ramazan ayında oruc tutmağımız məşq prosesinə o qədər də güclü təsir etmir. Futbol böyük fiziki yük səbəbindən xüsusi yanaşma tələb edən idman növüdür. Ona görə özümüzü bir az zəif hiss edirik. Dünya çempionatının qrup mərhələsində üç mühüm matçımız, o cümlədən bizim üçün müəyyən mənada final olacaq Mərakeş komandası ilə görüşümüz var. Ona görə də bütün diqqətimizi məşq prosesinə yönəltmişik”.xeber100.com