Kanada Qran-Prisinə yekun vurulub

11 İyun 2018 12:36

Xəbər 726 dəfə oxunub

Formula 1 üzrə Kanada Qran-Prisinə yekun vurulub.Azərtac xəbər verir ki, qalib adını “Ferrari” komandasının almaniyalı pilotu Sebastyan Fettel qazanıb. Finlandiyalı Valtteri Bottas (“Mercedes”) ikinci, “Red Bull” komandasının hollandiyalı pilotu Mark Ferstappen isə üçüncü yerin sahibi olub.Karyerasında 50-ci qələbəni qazanan S.Fettel “Mersedes” komandasının britaniyalı pilotu Luis Hemiltonu ümumi hesabda qabaqlayıb.Qeyd edək ki, növbəti Qran-Pri Fransada iyunun 22-24-də keçiriləcək.xeber100.com