“Bolonya”nın hücumçusu karyerasını “Napoli”də davam etdirəcək

12 İyun 2018 14:14

Xəbər 766 dəfə oxunub

“Bolonya”nın hücumçusu Simyone Verdi karyerasını “Napoli”də davam etdirəcək.Azərtac xəbər verir ki, “Napoli” uzun sürən danışıqlardan sonra nəhayət 25 yaşlı futbolçu ilə anlaşıb.Verdi yeni klubu ilə beşillik müqavilə imzalayıb. İtaliya mətbuatı bu transferin “Napoli”yə 25 milyon avroya başa gəldiyini iddia edir.Qeyd edək ki, ötən mövsüm “Bolonya”nın forması ilə 34 matçda çıxan Verdi 10 qol vurub və bir o qədər də komanda yoldaşlarına məhsuldar ötürmə verib.xeber100.com