“Neftçi” futbol klubu birillik müqavilə imzalayıb

12 İyun 2018 14:23

Xəbər 642 dəfə oxunub

“Neftçi” futbol klubu daha bir transferini rəsmiləşdirib. Komanda Rəşad Eyubovla birillik müqavilə imzalayıb.Azərtac kluba istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.Rəşad Eyubov ötən mövsümü “Sumqayıt” klubunun heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın “Çernomorets” və “Metallurq” klubları ilə yanaşı, ölkəmizdə “Simurq”, “Xəzər-Lənkəran”, “Kəpəz” və “Qəbələ”də də çıxış edib.Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə münasibətlərini rəsmiləşdirib.xeber100.com