“Qəbələ” klubu 2018/2019-cu ilin hazırlığına start verib

13 İyun 2018 13:07

Xəbər 702 dəfə oxunub

“Qəbələ” futbol klubu 2018/2019-cu il mövsümünün hazırlığına start verib. Qarşıdakı mövsümdə UEFA Avropa Liqasında çıxış edəcək “qırmızı-qaralar” Qəbələdə bir araya gəliblər.Azərtac xəbər verir ki, komanda ilk məşqini doğma stadionda gerçəkləşdirib. Öncə fitnes zalında fiziki hazırlıq keçən futbolçular ardınca meydanda toplu çalışmaları yerinə yetiriblər.Baş məşqi Sənan Qurbanovun rəhbərliyi ilə keçən məşq prosesində “Kəpəz”də icarə müddəti başa çatan Roman Hüseynov da iştirak edib. “Sumqayıt”dan qayıdan Bəhlul Mustafazadə, həmçinin U-21-in düşərgəsindən dönən digər futbolçular hazırlıq prosesinə iyunun 14-də qoşulacaqlar.Xatırladaq ki, iyunun 18-dək Qəbələdə hazırlıq keçəcək “qırmızı-qaralar” ayın 20-də Sloveniyaya təlim-məşq toplanışına yollanacaqlar.xeber100.com