“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində

29 İyun 2018 10:21

Xəbər 741 dəfə oxunub

“Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Dunarea Kalarası” klubuna 2:0 hesabı ilə qalib gəlib.“Neftçi”nin heyətində Dario Frederiko və Mirabdulla Abbasov fərqləniblər.Qeyd edək ki, ilk yoxlama oyununda Makedoniyanın “Şkupi” klubunu məğlub edən (2:0) “Neftçi” iyulun 5-də “Politexnika” (Rumıniya) ilə üz-üzə gələcək. Bakı təmsilçisinin iyulun 2-dəki rəqibinin kimliyi yaxın günlərdə müəyyənləşəcək.xeber100.com