UEFA Avropa Liqasının ilk oyunları çərçivəsində

3 İyul 2018 11:29

Xəbər 646 dəfə oxunub

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 12-də keçiriləcək “Qəbələ” – “Proqres” (Lüksemburq) oyununu Moldovadan olan hakimlər idarə edəcəklər.Azərtac xəbər verir ki, oyunun baş hakimi Vyaçeslav Banari olacaq.Baş hakimin köməkçiləri Vasili Ermişin və Dimitri Çiobanudur. Dördüncü hakim funksiyasını Andrey Kojakaru yerinə yetirəcək.Matçın hakim-inspektoru xorvatiyalı İqor Pristovnik, UEFA nümayəndəsi gürcüstanlı Nikoloz Jgarkavadır.Qeyd edək ki, “Qəbələ” – “Proqres” matçı saat 20.00-da Qəbələ şəhər stadionunda keçiriləcək.xeber100.com