Avropa Həndbol Federasiyasının məlumatı

3 İyul 2018 11:40

Xəbər 720 dəfə oxunub

İyulun 2-də İsveçin Höteburq şəhərində 16 yaşadək qızlar arasında 14-cü açıq Avropa turnirinə start verilib.Avropa Həndbol Federasiyası xəbər verir ki, “C” qrupunda 2002-2003-cü il təvəllüdlü qızlardan ibarət Azərbaycan millisi ilk yarış günündə Fransa və Finlandiya yığmaları ilə üz-üzə gəlib.Təmsilçilərimiz birinci oyunda Fransa kollektivinə məğlub olublar – 23:6. Daha sonra Finlandiya həndbolçuları ilə qarşılaşan komandamız görüşdən minimal hesabla qalib ayrılıb – 18:17.Qeyd edək ki, çempionat iyulun 6-dək davam edəcək.xeber100.com