“Neftçi” futbol klubu təlim-məşq toplanışı çərçivəsində

6 İyul 2018 12:39

Xəbər 730 dəfə oxunub

Bakının “Neftçi” futbol klubu Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.Azərtac xəbər verir ki, komandamız Rumıniyanın “Politexnika İaşi” klubuna 3:1 hesabı ilə qalib gəlib.Bakı təmsilçisinin heyətində qolları Rəhman Hacıyev, Baqali Dabo və Rəşad Eyubov vurublar.Qeyd edək ki, “Neftçi” bundan əvvəlki yoxlama oyunlarında Makedoniyanın “Şkupi” (2:0), Rumıniyanın “Dunarea Kalarası” (2:0) və Bosniya və Herseqovinanın “Çelik” (4:1) klublarını məğlub edib.xeber100.com