Stolüstü tennis üzrə təlim-məşq toplanışı keçiriləcək

6 İyul 2018 12:43

Xəbər 1057 dəfə oxunub

Stolüstü tennis üzrə Azərbaycan və İran yığma komandaları iyulun 6-dan 12-dək Bakıda təlim-məşq toplanışı keçirəcəklər. Təlim-məşq toplanışı Azərbaycan, İran və Türkiyə Stolüstü Tennis federasiyaları arasında imzalanan əməkdaşlıq haqqında Anlaşma Memorandumuna əsasən təşkil olunub.Azərbaycan Stolüstü Tennis Federasiyasından azərtac-a bildiriblər ki, təlim-məşq toplanışı iyulun 15-24-də Rumıniyada keçiriləcək gənclər arasında Avropa çempionatına hazırlıq məqsədi daşıyır.xeber100.com