Dünya çempionatında 1/4 final mərhələsinə start verilib

7 İyul 2018 19:40

Xəbər 854 dəfə oxunub

Rusiyada keçirilən dünya çempionatında bu gün 1/4 final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, günün iki qarşılaşmasından sonra yarımfinal mərhələsinin ilk cütlüyü müəyyənləşib.Əvvəlcə Fransa Uruqvayı (2:0), ardından isə Belçika Braziliyanı (2:1) məğlub edib. Cənubi amerikalıları mübarizədən kənarlaşdıran avropalılar yarımfinalda üz-üzə gələcəklər.Fransa ilə Belçika arasındakı görüş iyulun 10-da keçiriləcək və Bakı vaxtı ilə 22:00-da start götürəcək.xeber100.com