“Borussiya” futbol klubu yeni baş məşqçisini rəsmən təqdim edib

10 İyul 2018 13:05

Xəbər 604 dəfə oxunub

Almaniyanın “Borussiya” (Dortmund) futbol klubu yeni baş məşqçisini rəsmən təqdim edib.Azərtac xəbər verir ki, Bundesliqa təmsilçisi bu ilin mayında anlaşdığı Lüsyen Favr üçün təqdimat mərasimi təşkil edib.Altmış yaşlı isveçrəli mütəxəssislə ikiillik müqavilə imzalandığı bildirilib.Qeyd edək ki, Favr ötən mövsüm “Nitsa”nın baş məşqçisi olub. “Borussiya”nı geridə qalan mövsümün birinci hissəsində Peter Bos, ikinci hissəsində isə Peter Şteger çalışdırıb.xeber100.com