Ronaldo xeyriyyə fonduna 600 min avro ianə edib

3 İyun 2016 11:57

Xəbər 1592 dəfə oxunub

İspaniyanın “Real” futbol klubunun hücumçusu, Portuqaliya milli komandasının üzvü Kristiano Ronaldo Birləşmiş Millətlər Təşkilatının  xeyriyyə fonduna 600 min avro ianə edib.  Bu barədə Portuqaliya mətbuatı xəbər yayıb. Bildirilib ki, “Real”ın hücumçusu bu vəsaiti Çempionlar Liqasında qalibiyyətə görə alıb. Portuqaliyalı ulduz agenti Jorje Mendeşə bu yardımın təyinatı üzrə istifadə olunmasına nəzarət etməyi də tapşırıb.xeber100.com