Beynəlxalq Həvəskar Boks Assosiasiyasının prezidenti Azərbaycana gələcək

3 İyun 2016 12:08

Xəbər 1124 dəfə oxunub

Beynəlxalq Həvəskar Boks Assosiasiyasının (AİBA) prezidenti Çinq Ko Vu Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov verib. O bildirib ki, AİBA prezidenti iyunun 16-da Bakıda olacaq. Vunun ölkəmizə səfərinin məqsədi paytaxtımızda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirini canlı izləməkdi. Qeyd edək ki, Dünya Olimpiya Təsnifat Turniri iyunun 16-dan 25-dək keçiriləcək. Yarışa 105 ölkədən 460 boksçunun gəlişi gözlənilir.xeber100.com