“Sabah” futbol klubu üçillik müqavilə bağlayıb

18 İyul 2018 13:19

Xəbər 988 dəfə oxunub

Azərbaycan Premyer Liqasının debütantı “Sabah” klubu serbiyalı müdafiəçi Filip İvanoviçlə üçillik müqavilə bağlayıb.Azərtac kluba istinadla xəbər verir ki, müdafiəçi Bakı təmsilçisinin heyətində 13 nömrəli formada çıxış edəcək.İyirmi altı yaşlı futbolçu karyerası ərzində Serbiyanın “Hayduk”, “Zvezdara”, “Lokomotiva”, “Bezaniya”, “Petrovaç”, “İndjiya” klublarında top qovub. Onun son çıxış etdiyi komanda “Radnik” (Serbiya) olub.xeber100.com