“Real Madrid”in məşqçisi “Yuventus” klubunun idman direktoru olacaq

18 İyul 2018 13:27

Xəbər 1334 dəfə oxunub

“Real Madrid”in sabiq baş məşqçisi Zinəddin Zidan İtaliyanın “Yuventus” klubunun idman direktoru olacaq.Azərtac xəbər verir ki, Zidanın İtaliya klubunda fəaliyyətə oktyabrda başlayacağı gözlənilir.“Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldu da bu ay “Yuventus”a keçib.Qeyd edək ki, Zidan “Real”ın baş məşqçisi postunu mayın 31-də öz istəyi ilə tərk edib. Madrid klubunun baş məşqçisi kimi Zidan üç dəfə Çempionlar Liqasının, iki dəfə UEFA Superkubokunun, iki dəfə klublararası dünya çempionatının, bir dəfə İspaniya çempionatının və İspaniya Superkubokunun qalibi olub.xeber100.com