Formula 1 yarışları 2019-cu il mövsümündə…

24 İyul 2018 13:17

Xəbər 838 dəfə oxunub

Formula 1 yarışlarının kommersiya direktoru Şon Bratçes bildirib ki, 2019-cu il mövsümünün təqvimi 24-26 avqust tarixlərində keçiriləcək Belçika Qran-Prisinə qədər dərc olunacaq. “F1News.ru” saytına istinadla xəbər verir ki, Bratçes mərhələlərin sayını açıqlamaqdan imtina edib. Bildirib ki, bu il olduğu kimi, gələn il də 21 yarışın gözlənildiyi istisna edilmir. “Liberty Media”da Almaniya Qran-Prisini təqvimdə saxlamağa çalışırlar.Şon Bratçes deyib: “Biz alman mərhələsinin saxlanılmasında maraqlıyıq. İyirmi bir Qran-Pridən yalnız üçündə – Avstriya, Böyük Britaniya və Almaniyada yarışlar yerli hökumətin dəstəyi olmadan keçirilir və biz bu məsələnin həlli yollarını tapmağa çalışırıq. Biz ağ bayraq qaldırmağa və 2019-cu ildə Almaniyadakı yarışlardan imtina etməyə hazır deyilik. Bununla bağlı razılıq əldə edilməsində hamı maraqlıdır. Bu gözəl ölkənin çoxlu trası var”.xeber100.com