“Qəbələ” futbol klubu hazırlıqları ardıcıl davam etdirir

27 İyul 2018 11:23

Xəbər 784 dəfə oxunub

“Qəbələ” futbol klubu yeni mövsümə hazırlıqları ardıcıl davam etdirir.Azərtac xəbər verir ki, baş məşqçi Sənan Qurbanovun yetirmələri avqustda başlayacaq Topaz Premyer Liqasının ilk turunadək iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qırmızı-qaralar” iyulun 31-də əvəzedici komanda ilə qarşılaşacaqlar.“Qəbələ”nin ikinci yoldaşlıq görüşü avqustun 4-də oynanılacaq. Komandanın bu görüşdəki rəqibinin adı yaxın günlərdə açıqlanacaq.xeber100.com