Rusiyada “Qarabağ” futbol klubu yaradılıb

1 Avqust 2018 11:41

Xəbər 1009 dəfə oxunub

Rusiyada yaşayan azərbaycanlılar “Qarabağ” futbol klubu yaradıblar.Klubdan Azərtac-a bildirilib ki, Ussuriysky vilayətində yaradılan futbol klubunun oyunçularının əksəriyyəti azərbaycanlılardan ibarətdir. Klubun yaradılmasında məqsəd Qarabağın adını yaşatmaqdır.“Qarabağ”ın formasında çıxış edən həmyerlilərimiz şəhər çempionatına qatılıblar. 9 oyunu 6 qələbə, 3 heç-heçə ilə başa vuran komanda şəhər çempionatında ikinci yerdədir.Üçüncü tur sentyabr ayında keçiriləcək.xeber100.com