Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov ABŞ-ın Sent-Luis şəhərində keçirilən “Grand Chess Tour”un dördüncü mərhələsində – “Sinkfild” kubokunda rusiyalı Aleksandr Qrişşukla sülh bağlayıb. Rəqiblər arasında heç-heçə ikinci turda 24-cü gedişdən sonra müəyyən edilib.Azərtac xəbər verir ki, ikinci turda hazırkı dünya çempionu Maqnus Karlsen ilk qələbəsini qazanıb. O, şahmat tacına eks-iddiaçı rusiyalı Sergey Karyakini məğlub edib. Ümumilikdə 88 gediş davam edən qarşılaşma bu turda yeganə nəticəli oyun olub.Fabiano Karuana (ABŞ) – Levon Aronyan (Ermənistan), Uesli So – Hikaru Nakamura (hər ikisi ABŞ), Vişvanatan Anand (Hindistan) – Maksim Vaşye-Laqrav (Frana) da sülhlə ayrılıblar.İki turdan sonra iştirakçıların mövqeyi belədir: Şəhriyar Məmmədyarov, Levon Aronyan, Maqnus Karlsen – hərəyə 1,5 xal, Hikaru Nakamura, Aleksandr Qrişşuk, Maksim Vaşye-Laqrav, Vişvanatan Anand, Fabiano Karuana – hərəyə 1 xal, Uesli So – 0,5 xal, Sergey Karyakin – 0.Bu gün keçiriləcək üçüncü turda Levon Aronyan-Maqnus Karlsen, Şəhriyar Məmmədyarov-Fabiano Karuana, Sergey Karyakin-Vişvanatan Anand, Maksim Vaşye-Laqrav-Uesli So, Hikaru Nakamura-Aleksandr Qrişşuk qarşılaşacaqlar.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…