“Yuventus” klubunun yarımmüdafiəçisi yeni müqavilə imzalayıb

22 Avqust 2018 12:12

Xəbər 944 dəfə oxunub

İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Miralem Pyaniç Turin klubu ilə müqaviləsini yeniləyib.Azərtac xəbər verir ki, yeni müqavilə 2023-cü ilə qədər qüvvədə olacaq. Yeni müqaviləyə görə, Pyaniçin illik məvacibi 4,5 milyon avrodan 7 milyon avroyadək artırılıb.Bosniya və herseqovinalı yarımmüdafiəçi ötən mövsüm İtaliya çempionatında 31 matçda 5 qol vurub və 8 məhsuldar ötürmə verib.M.Pyaniç 2016-cı ildən “Yuventus”un şərəfini qoruyur.xeber100.com