“Galatasaray” futbol klubu daha bir futbolçuyla yollarını ayırıb

30 Avqust 2018 18:51

Xəbər 945 dəfə oxunub

“Galatasaray” daha bir futbolçuya “qapını göstərib”.Milli.Az xəbər verir ki, “sarı qırmızılar” Tolqa Ciyerci ilə yollarını ayırıb. 26 yaşlı türk əsilli yarımmüdafiəçinin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib. Futbolçu 2 milyon avro məvacibindən yalnız 75 min avonu almağa razılaşıb.Tolqa 2016-cı ilin yazında 3 milyon avro qarşılığında “Herta”dan transfer edilmişdi. O, İstanbul klubunun heyətində 42 oyuna 6 qol vurub.xeber100.com