Türkiyə klubu misirli oyunçunun transfer hüququnu əldə edə bilər

30 Avqust 2018 19:03

Xəbər 718 dəfə oxunub

Türkiyənin “Başakşəhər” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az xəbər verir ki, Super Liqa təmsilçisi misirli sol cinah müdafiəçisi Kərim Hafezi sıralarına qatıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.22 yaşlı futbolçu ölkəsinin “Vadi Deqla” klubundan 1 illik icarəyə götürülüb. Lakin mövsümün sonunda Türkiyə klubu misirli oyunçunun transfer hüququnu da əldə edə bilər.Hafez ötən mövsümü Fransanın 2-ci liqa təmsilçisi “Lans”da keçirib. O, bu komandada 20 oyuna çıxıb, 2 qola imza atıb.xeber100.com