İngiltərə Premyer Liqasının 4-cü turunda…

1 Sentyabr 2018 21:45

Xəbər 860 dəfə oxunub

Mövsümə uğurlu start verən “Liverpul” ardıcıl 4-cü qələbəsini qazanıb.Milli.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 4-cü turunun açılış oyununda səfərdə “Lester”in qonağı olan Yurgen Kloppun komandası rəqibini 2:1 hesabı ilə məğlub edib. Mersisaydlıların heyətində 10-cu dəqiqədə Sadio Mane, 45-ci dəqiqədə Roberto Firmino fərqləniblər. “Lester”in yeganə qolunu isə komandanın yeni transferi Raşid Gezzal vurub. Bu qol eyni zamanda “Liverpul”un yeni mövsümdə qapısından buraxdığı ilk top olub.Qeyd edək ki, 4 turdan sonra maksimum nəticə göstərən “Liverpul” 12 xalla turnir cədvəlinə başçılıq edir.xeber100.com