“CIES Football Observatory” şirkətinin açıqlamasına əsasən…

6 Sentyabr 2018 13:12

Xəbər 1224 dəfə oxunub

İsveçrənin futbol statistikası ilə məşğul olan “CIES Football Observatory” şirkəti klubların 2010-2018-ci illərdə transfer bazarında fəaliyyətinin yekunlarını açıqlayıb.Azərtac xəbər verir ki, Fransanın “Monako” klubu oyunçuların satışından əldə olunan gəlirin miqdarına görə liderdir. Bu komanda 950 milyon avro qazanıb.Ən çox gəlir əldə edən klubların beşliyinə İngiltərənin “Liverpul” (683 milyon), İtaliyanın “Roma” (680 milyon), İspaniyanın “Barselona” (628 milyon) və “Real” (625 milyon) da daxildir.xeber100.com