Bu gün Türkiyənin Qəbzə şəhərində yaşı 20-dən çox olmayan şahmatçı gənclər arasında dünya çempionatının birinci partiyaları oynanılacaq. Yarışların startına 65 ölkədən 268 idmançı – 168 oğlan və 100 qız çıxacaq. Yarışlar İsveçrə sistemi üzrə 11 turdan ibarət olacaq.Azərtac xəbər verir ki, yuniorlar arasında çempionatın reytinq-favoritləri Parxam Maqsudlu (2649, İran), Yorden van Foreyest (2624, Niderland) və Aleksandr Donçenkodur (2614, Almaniya).Bu turnirdə Azərbaycanı beynəlxalq ustalar Vüqar Əsədli, Ülvi Sadıxov, Məhəmməd Muradlı və Nail Başirli, FIDE ustası Kənan Qarayev və Məhəmməd İsmayılov təmsil edəcəklər.Qızların yarışında Stavrula Solakidu (Yunanıstan, 2393), Davaabemberel Nomin-Erdene (2377, Monqolustan) və Bibisara Assaubayeva (Rusiya, 2371) reytinq-favoritlər statusunda çıxış edəcəklər.Qızların yarışlarında ölkəmizi beynəlxalq qrossmeyster Aydan Höcətova, FIDE ustası Gövhər Beydullayeva və Aytac Heydərova təmsil edəcəklər.Çempionatın oyun günləri 5-9 sentyabr və 11-15 sentyabr tarixləridir.xeber100.com
Polis Akademiyasına kursantların qəbulu başlayıb
2017-2018-ci tədris ili üçün qəbul şərtləri və qaydaları…
Buraxılış imtahanları iyunun 21-də keçiriləcək
“MİLLİ GEYİM GÜNÜ” layihəsinə start verildi
Heydər Əliyev – 93
İqtisad Universiteti 2018/2019-cu tədris ilinə yeniliklərlə başlayacaq
Без Шуша нет Карабаха, а без Карабаха нет Азербайджана…
Film Festival: “The fulfillment of the promise: Secrets of Vilnius”
Messi influenzato…
“Вниз по течению”…